SABAH Karyera Qış məktəbi təşkil ediləcək

2021-ci ildə SABAH-ın məzun olacaq tələbələrinin peşəkar inkişafına dəstək məqsədilə yaradılmış SABAH Karyera Akademiyası çərçivəsində SABAH Karyera Qış məktəbi keçiriləcək.

 

Artıq beşinci dəfədir təşkil edilən SABAH Karyera Qış məktəbində tələbələr uğurlu karyera başlanğıcı üçün lazımi fundamental bacarıqları SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən öyrənəcəklər.

 

Qış məktəbi 10-12 fevral tarixlərində onlayn şəkildə "Microsoft Teams" platforması üzərindən təşkil ediləcək.

 

SABAH Karyera Akademiyasına seçiləcək tələbələr özlərinin prioritet fəaliyyət istiqamətlərinə (işə düzəlmə, start-up/sahibkarlıq, akademik fəaliyyət) uyğun olaraq təlimlərdə iştirak edəcəklər.

 

Qış məktəbində iştirak etmək istəyən tələbələr 27 yanvar saat 00:00-dək müvafiq link vasitəsilə (http://bit.ly/3sRPGwP) qeydiyyatdan keçməlidirlər.

 

 



23.01.2021 | 17:24