Müəllimimiz mükafatlandırılıb

Təhsil Nazirliyində “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbirdə  Abşeron rayon Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Leyla Əliyeva “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil sahəsində həyata keçirilən islahatyönlü tədbirlər haqqında ictimaiyyətdə obyektiv rəyin formalaşdırılması, bu sahədə səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif olunub.

 

Qeyd edək ki, “Təhsil sosial mediada” layihəsinin məqsədi Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həyata keçirilən islahatyönlü tədbirlərin mahiyyətinin təbliğ və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etməkdir.

 

Aysel TAHİROVA,

Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



10.06.2018 | 13:21