“Qarabağa gedən yol”

Təhsil Nazirliyi Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Qarabağa gedən yol” adlı onlayn şeir müsabiqəsi keçirib. Müsabiqə Azərbaycan ordusunun şanlı qələbəsinə həsr olunub. Müsabiqəni keçirməkdə məqsəd uşaq və yeniyetmələrin vətənpərvərlik, milli-mənəvi, vətənə bağlılıq hisslərinin gücləndirilməsidir.

 

Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də müsabiqədə iştirak edib. Müəssisənin dərnək üzvləri Mələk Mehrablı  10-13, Nurgül Əliyeva 14-18 yaş qrupları üzrə I yerə layiq görülüb. Nazlı Manaflı 6-9, Seyidov Feyzullah isə 14-18 yaş qrupları üzrə fəal iştiraka görə diplomla təltif olunublar.

 

Şakir CƏFƏROV



13.02.2021 | 10:18