“Doğma yurda qayıdış”

Qubadlı Rayon Təhsil Şöbəsi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Doğma yurda qayıdış” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilib.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, müsabiqədə R. Əlirzayev adına Xocahan kənd tam orta məktəbin X sinif şagirdi Nəsib Nigar Elmar qızı I, B.Mehdiyev adına şəhər 2 nömrəli tam orta məktəbin XI sinif  şagirdi  Quliyeva Çimnaz Nahid qızı II  və Ə.Əliyev adına Qəziyan kənd tam orta məktəbin IX sinif şagirdi İmanova Nuray Rəşad qızı III yerlərə layiq görülərək müvafiq diplomlarla təltif ediliblər.

 

Şakir CƏFƏROV

 



13.02.2021 | 14:00