Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri açıqlanıb

10-12 fevral 2021-ci il tarixlərində keçilirən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə  www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür.

 

 

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsili idarəetmə orqanlarından, həmçinin ümumi təhsil müəssisələrindən əldə edə bilərsiniz.

 

 

Rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli təşkilat komitələrinə artıq göndərilib. Növbəti mərhələyə qeydiyyat 24-28 fevral 2021-ci il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə aparılacaq. 

 

 

RFO təşkilat komitəsi və münsiflər heyəti olimpiada iştirakçılarına uğurlar arzulayır!



16.02.2021 | 16:20