ADNSU əməkdaşları İPMA Beynəlxalq sertifikasiyasından keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Sənaye iqtisadiyyatı və menecment kafedrasının dosenti Zaur Əsədov, həmin kafedranın assistenti Rəna Məmmədova, Ümumi və tətbiqi riyaziyyat kafedrasının assistenti Elviz İsmayilov AzPMA (Azerbaijan Project Managment Associastion – Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyası) tərəfindən təşkil olunmuş “Layihələrin idarəedilməsi” təlimini uğurla başa vuraraq sertifikasiyadan keçiblər.

 

Assosiasiyanın vitse-prezidenti Fərid Kazımov və assosasiyanın təlimçisi, qiymətləndirmə üzrə ekspert Rəşad İbrahimovun apardığı 3 həftəlik  təlimlər onlayn formatda təşkil olunub. Əməkdaşlar təlim proqramının tamamlanmasının sonunda müvafiq imtahanları verərək IPMA standartı üzrə beynəlxalq layihə idarəetmə sertifikatını əldə ediblər. Onların hər üçünə “D” dərəcəli sertifikat təqdim olunub.

 

Bu barədə ADNSU-dan bildirilib.

 

 



24.02.2021 | 10:04