59 şagird yarımfinalda iştirak etmək hüququ qazanıb

Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan IX, X və XI sinif şagirdlərinin, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakı ilə keçirilən Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsinin nəticələri məlum olub.

 

Təhsil şöbəsindən verilən məlumata görə, fənn olimpiadalarının birinci - rayon mərhələsində  rayon üzrə 59 şagird olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, həmçinin, bilik və bacarığı, çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.    

 

Şakir Cəfərov   

 



24.02.2021 | 17:08