Microsoft Office tətbiqi proqramları" üzrə təlim kursuna start verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) könüllü tələbə Turanə Paşayevanın təşəbbüsü, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə tələbələrin onlayn dərslərinə dəstək, İnformasiya və Kommunikasiya Texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə "Microsoft Office tətbiqi proqram paketi"nə daxil olan MS Word, MS Excel, MS PowerPoint proqramlarında praktiki, səmərəli işləmə üzrə  təmannasız könüllü təlim kursuna start verilib.

 

Təxminən 1 ay yarım, 2 ay davam edəcək təlimlərə universitet tələbələri böyük maraq göstərib və 300-ə yaxın tələbə müraciət edib.

 

Fevralın 22-də ilk sessiyası reallaşan təlim MS Teams platformasında paralel qruplar üzrə həftədə 3 dəfə, 1,5 saat olmaqla praktik şəkildə keçirilir.

 

Təlimlər layihənin təşəbbüsçüsü, İnformatika müəllimliyi ixtisasının I tədris ili tələbəsi, könüllü təlimçi Turanə Paşayeva, ADPU-nun İKT Mərkəzinin bölmə müdiri, mütəxəssis Rüfət Əliyev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli tərəfindən paralel şəkildə aparılır.

 

Təlabata görə növbəti aylarda da layihənin yeni qruplarla davam etdirilməsi planlaşdırılır.

 

 



25.02.2021 | 10:25