Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib

Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən tədbirlər keçirilib.

 

Tədbirlərin təşkilində məqsəd soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək, uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən amansız cinayətlər barədə onlara ətraflı məlumat verməkdən ibarət olub.

 

Qeyd olunan tədbirlərdə 2000-ə yaxın məktəbli iştirak edib.

 

 



26.02.2021 | 12:29