Gənc bioloqlar Mingəçevir Elmi-Təcrübə Stansiyasında tədqiqat aparıblar

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin bakalavr və magistrantları Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər. 

 

Təcrübə prosesi Zoologiya İnstitutu ilə BDU arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən baş tutur.

 

İnstitutdan bildirilib ki, biologiya elmləri üzrə fəlsəfə doktorları Çingiz Məmmədov və Sara Əliyevanın rəhbərliyi ilə bir qrup magistrant Mingəçevir Elmi-Təcrübə Stansiyasında tədqiqat aparıblar. Magistrantlara stansiyanın göllərində yetişdirilən balıqların saxlanma şəraiti, balıq fərdləri üzərində elmi-praktiki işlərin yerinə yetirilməsi prosesi izah edilib.

 

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.

 

 



02.03.2021 | 15:00