Pakistanın səfiri BDU-da

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüşüb.

 

Rektor əvvəlcə 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun əzəli torpaqlarımızı işğaldan azad etməsinin qürurunu yaşadığını qeyd edib. Sonra iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdıraraq Pakistan ali məktəbləri ilə BDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

 

Görüşə görə BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Bilal Hayee BDU-da olmaqdan məmnunluğunu ifadə edib. Qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində universitetin dəstəyini yüksək qiymətləndirən səfir bunun iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətli olduğunu söyləyib.

 

Görüş BDU və Pakistan ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkə arasında müəllim-tələbə mübadiləsi, elm, tədris və digər sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi ilə davam edib.

 



03.03.2021 | 11:45