Gömrük Akademiyasında onlayn təlimlərin qiymətləndirmə mərhələsi

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşlarının bir qrupu üçün onlayn təşkil olunmuş xidmətə ilkin hazırlıq təlimləri başa çatıb. Akademiyadan bildirilib ki, təlimlərdə iştirak edən gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi karantin rejiminin şərtləri gözlənilməklə akademiyada ənənəvi formada keçirilib. Ümumilikdə, 30 gömrük əməkdaşı qiymətləndirmədə iştirak edib.

 

Qeyd olunub ki,  imtahandan əvvəl təlim iştirakçıları akademiyanın imtahan sisteminə daxil olmaq, sualların necə cavablandırılması və digər məsələlərlə bağlı məlumatlandırılıb.

 

Qiymətləndirmədən öncə Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçıları ilə görüşüb. Akademiya rəisi  onlayn təlimlərin üstünlüklərindən söz açıb. Təlim dinləyiciləri ilə məmnunluqla bağlı keçirilən sorğuları əhəmiyyətli adlandıran Q.Novruzov  əməkdaşların fikir və rəylərinin onlayn təlim-tədris prosesini inkişaf etdirməyə töhfə verdiyini bildirib.

 

Sonra təlim iştirakçılarının biliklərinin yekun qiymətləndirilməsi keçirilib.

 



03.03.2021 | 13:04