BANM-in tələbəsi magistratura imtahanlarında rus bölməsi üzrə Respublika birincisi olub

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanın nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin bir neçə tələbə və məzunu yüksək nəticə göstərib.

 

 

Ali məktəbdən bildirilib ki, magistraturaya qəbul imtahanlarının nəticələrinə görə, bu il ən yüksək bal toplayanlardan biri Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Abdinli rus bölməsi üzrə Respublika birincisi olub. O, 89 balla bu nəticəni əldə edib. Bakalavr pilləsi üzrə 695 bal toplamış  F.Abdinli magistratura təhsilini də BANM-də davam etdirmək niyyətindədir. 

 

Ali məktəbin Neft-qaz mühəndisliyi ixtisasının 2020-ci il məzunu Əli Nuraliyev isə, 93 bal toplayaraq respublika üzrə II yerdə qərarlaşıb.

 

Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Səfər Usubov  heç bir hazırlıq keçmədən 92 balla respublika üzrə III ən yüksək bal toplayan bakalavr olub.

 

Bundan başqa, Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Ağaqardaş Camalov və  Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Fərid Kərimli   91 bal toplayaraq respublika üzrə IV yerdə qərarlaşıblar. A. Camalov BANM-in Yatağın qiymətləndirilməsi və idarə olunması, F.Kərimli isə Texniki sistemlərdə informatika və idarəetmə ixtisaslaşması  üzrə təhsil almağı planlaşdırır.

 



04.03.2021 | 17:19