Nailiyyətlərin simaları

Başa vurduğumuz tədris ili ölkəmizin təhsil sistemində bir sıra uğurlarla yadda qaldı.  Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkara çıxarılması, bilik və bacarıqlarının stimullaşdırılması, onlarda elmi tədqiqatçılıq səriştələri və yaradıcılığın inkişaf etdirilməsi istiqamətində  məqsədyönlü tədbirlərin təşkili nəticəsində şagirdlərimiz  bir sıra bilik yarışlarında, beynəlxalq əhəmiyyətli  olimpiadalarda uğurlar qazanaraq  öz layiqli töhfələrini  veriblər.  Cari tədris ilində uğurları ilə yadda qalan gənclərimizi oxuculara təqdim edirik.

 

“Sabahın alimləri”, 13-18 may 2018-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisində  akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin, X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun layihələri xüsusi mükafatlara layiq görülüb.

 

 

 

Reyhan Camalova,

“İstək” liseyinin IX sinif şagirdi

 

2017-ci il noyabrın 17-də  Hindistanda keçirilmiş VIII Qlobal Sahibkarlıq Sammitində  ABŞ prezidentinin qızı  İvanka Tramp tərəfindən  xüsusi mükafat alıb. Cari ilin fevralında isə Gənclər üçün Prezident mükafatına layiq görülüb.  Gənc tədqiqatçı “Forbes” jurnalının reytinq cədvəlində yer alıb.

 

 

 

 

Fərahim Hüseynzadə,

BDU-nun məzunu, Çinin Renmin Universitetinin  tələbəsi

 

Cari tədris ilində Renmin Universitetinin daxili təqaüdünə və ən yüksək elmi mükafatına layiq görülüb. Renmin Universitetində fakültə, ümumilikdə isə universitet üzrə birinci yerə yüksəlib.

 

 

 

 

 

Ramil Babazadə,

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi

 

Cari tədris ilində Moskvada  2-ci  Meqapolis Olimpiadasında  və  kimya  üzrə Respublika fənn olimpiadasında qızıl medallar qazanıb, “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

 

 

 

 

 

 

Emil Qasımov,

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi

 

2018-ci ildə riyaziyyat fənni üzrə Respublika olimpiadasında qızıl medala,  “Birincilərin birincisi” adına layiq görülüb. Bu  il Cənubi Koreyanın KAIST Universitetinə tam təqaüdlə qəbul olunub.

 

 

 

 

 

Nərmin  Məmmədova,

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüsü

 

2017-2018-ci dərs ilindən  Böyük Britaniyanın Edinburq Universitetində müəllimlik fəaliyyətinə başlayıb.

 

 

 

 

 

 

 

Günel Mahmudova,

Türkiyə Dəyanət Vəqfi  Bakı Türk Liseyinin XI sinif şagirdi

 

Cari tədris ilində  Respublika fənn olimpiadasında biologiya fənni üzrə  qızıl medala və  “Birincilərin birincisi” adına layiq görülüb.

 

 

 

 

 

Günay Quliyeva,

Qazax rayonu Kommuna kənd  S.Həsənov adına tam orta məktəbin IX sinif şagirdi

 

Cari tədris ilində ədəbiyyat üzrə  Respublika olimpiadasında  birinci yeri tutub və  “Birincilərin birincisi”  adına layiq görülüb.

 

 

 

 

Zahir  Məmmədzadə,

Bakı şəhəri 239 nömrəli tam orta məktəbin X sinif şagirdi

 

Cari tədris ilində coğrafiya  üzrə   Respublika fənn olimpiadalarında  “Birincilərin birincisi”  adına layiq görülüb.

 

 

 

 

 

 

Məhəmməd Yusifov,

Gəncə şəhəri 26 nömrəli tam orta məktəbin eksperimental pilot siniflərinin IX sinif şagirdi

 

Cari tədris ilində fizika üzrə  Respublika  fənn olimpiadalarında “Birincilərin birincisi”  seçilib.

 

 

 

 

 

 

 

Murad Ağazadə,

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi

 

2018-ci il 7-12 may tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 35-ci Balkan Riyaziyyat Olimpiadasında  bürünc medala layiq görülüb.

 

 

 

 

 

 

Anar Abbaslı,

Xalqlar Dostluğu “İstək” liseyinin XI sinif şagirdi 

 

2018-ci il  7-12 may tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 35-ci Balkan Riyaziyyat Olimpiadasında  bürünc medala layiq görülüb.

 

 

 

 

 

 

Ramil Cəbiyev,

Nərimanov “İstək” liseyinin X  sinif şagirdi

 

2018-ci il  7-12 may tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 35-ci Balkan Riyaziyyat Olimpiadasında  bürünc medala layiq görülüb.

 

 

 

 

 

Anar Rzayev,

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi

 

2018-ci il  7-12 may tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 35-ci Balkan Riyaziyyat Olimpiadasında  bürünc medala layiq görülüb.

 

 

 

 

 

Ziya Muxtarov,

Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi

 

Cari tədris ilində informatika üzrə Respublika fənn olimpiadasında qızıl medala və  “Birincilərin birincisi”  adına layiq görülüb.

 

 

 

 

 

Nəriman Mirişov,

Bakıdakı 160 nömrəli Klassik gimnaziyanın XI sinif şagirdi 

 

2018-ci il 23-28  aprel tarixlərində Minskdə  keçirilən  52-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında  gümüş medala layiq görülüb.

 

 

 

 

 

Kənan Ağayev,

Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdi 

 

Cari tədris ilində Niderlandın Neymegen şəhərində keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasında bürünc medala layiq görülüb.

 

 

 

 

 

Əli Əliyev,

Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdi 

 

Cari tədris ilində Niderlandın Neymegen şəhərində keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasında bürünc medala layiq görülüb.

 

 

 

 

 

Turan Bayramlı,

Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin X sinif şagirdi

 

Cari tədris ilində Niderlandın Neymegen şəhərində keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasında bürünc medala layiq görülüb.

 

 

 

 

 

Vüqar Rufulla,

Bakı şəhəri 261 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi

 

Tarix fənni üzrə Respublika fənn  olimpiadasının qalibi,  “Birincilərin birincisi” adına layiq görülüb.

 

 

 

 

 

 

 

Turan Məmmədli,

Lənkəran şəhəri  4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi

 

14-cü Beynəlxalq Elm Olimpiadasının bürünc, 52-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında  gümüş medala layiq görülüb.

 

 

 

Oruc MUSTAFAYEV

 


14.06.2018 | 10:43