Şəhid ailələri Novruz bayramı münasibətilə ziyarət edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşı və tələbələri Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidləri Şahmar Məmmədov, Əli Rzayev, Niyazi İsgəndərov, Tural Həsənov, Musa Həsənov və Məhəmməd Məhəmmədlinin ailələrini ziyarət ediblər.

 

Universitetdən bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, onların övladlarına bayram sovqatları təqdim olunub.

 

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, MDU rəhbərliyi şəhid ailələri və müharibə iştirakçılarını daim diqqət mərkəzində saxlayır, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verir.

 



22.03.2021 | 13:24