“Dahi şairimiz Nizami Gəncəvi-880”

Balakən rayon İmam Şamil adına Şambul kənd tam orta məktəbində məktəbin  müəllimi Şahruzat Şamilovanın təşkilatçılığı ilə “Dahi şairimiz Nizami Gəncəvi-880” mövzusunda dəyirmi masa keçirilib.

 

Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, tədbirdə  müəllim və şagirdlər  böyük söz ustadı Nizami Gəncəvinin  ədəbi - bədii irsindən ətraflı danışıblar.

 

Sonra şagirdlər Nizami Gəncəvinin  şeirlərindən söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

 

Şakir CƏFƏROV

 

 



10.04.2021 | 16:06