“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına start verilib

Dövlət İmtahan Mərkəzi (DİM ) Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) dəstəyi ilə “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayıb və layihə çərçivəsində onlayn təlimin ilk sessiyası baş tutub. İlk sessiyada ТРКИ imtahanının yoxlama-ölçmə materiallarına dair rəsmi sənədlər (rus dili xarici dil kimi fənninin proqramları və standartları), CEFR təqdim olunub. 

 

DİM-dən bildirilib ki, təlim 12-30 aprel 2021-ci il tarixlərini əhatələyir və 3 həftə davam edəcək. Təlimdə iştirakçılar aşağıdakı mövzulara dair bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər: 

 

  • ●     dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
  • ●     Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
  • ●     qrammatika və lüğət bazasının qiymətləndirilməsi;
  • ●     fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi. 

 

Xatırladaq ki, layihənin iştirakçıları DİM-in rus dili xarici dil kimi fənni üzrə ekspertləri və daha öncə elan edilmiş müsabiqə əsasında seçilmiş rus dili müəllimləridir. 

 

“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi SPDU-nun rus dilinin qiymətləndirilməsi üzrə mütəxəssisləridir.

 

 



14.04.2021 | 11:25