BDU tələbələrinin istehsalat təcrübəsinə aid hesabatları təqdim olunub

Bakı Dövlət Universitetinin (BDU)  IV kursda təhsil alan 22 tələbəsi Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 45 gün müddətində istehsalat təcrübəsi keçib.

 

İstehsalat təcrübəsi zamanı tələbələr institutun laboratoriyalarında müasir avadanlıq və texnologiyaların iş prinsipləri ilə tanış olublar. İnstitutun Bioadaptasiya, Bitki biotexnologiyası, Genomun quruluşu və ekspressiyası, Xloroplastların fotokimyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyalarında təcrübələrə qoşulan tələbələr burada tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

 

Təcrübənin başa çatması ilə əlaqədar Zoom platforması üzərindən onlayn formatda seminar keçirilib və  seminarda istehsalat təcrübəsini başa vuran tələbələrin əldə etdikləri təcrübələr haqqında hesabatları təqdim olunub.

 

Seminarda institutun elmi işlər üzrə direktor müavini Ə.Məmmədov, elmi katib D.Əliyeva, Təhsil şöbəsinin baş mütəxəssisi Q.Bayramova, həmçininn müəllim-alim kollektivinin nümayəndələri iştirak ediblər.

 

Sonda təqdimatlar qrup rəhbərləri tərəfindən müsbət qiymətləndirilib.

 



17.04.2021 | 10:27