AzTU orta məktəblərlə əməkdaşlığını davam etdirir

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının iştirakı ilə Bakı, Sumqayıt, Mingəçevir, Salyan, Tovuz, Lənkəran və Şirvan məktəbliləri, onların valideynləri və müəllimləri üçün onlayn görüş keçirilib.

 

Əvvəlcə şagirdlərə universitetin tarixi, təhsil sistemi, beynəlxalq əlaqələri, tələbə həyatı haqqında ətraflı məlumat verilib.

 

Məktəb direktorları universitet rəhbərliyinə belə görüşlərin təşkilinə görə təşəkkür edib.

 

Tədbirin sonunda abituriyentlərin sualları cavablandırılıb.

 

 



17.04.2021 | 12:21