Onlayn müsahibələrə başlanılır

Aprelin 21-də 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir.
 

Müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.
 

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
 

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunur.
 

Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!



17.04.2021 | 09:37