NASA Marsda oksigen yaratmağa nail olub

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) Marsda yeriyən “Perseverance” adlı qurğunun köməyi ilə bu planetin səthində karbon qazından oksigeni ayırmağa nail olub.

 

“Moxie – Mars Oxygen In-situ Resource Utilization Experiment” adlanan qurğu 5 qram oksigen istehsal edib. Bu qədər oksigen astronavtın Marsda təqribən 10 dəqiqə nəfəs ala bilməsi üçün kifayətdir.

 

NASA-da belə hesab edirlər ki, gələcəkdə Marsa uçan insanlar özləri ilə çoxlu oksigen yox, yeni qurğunun böyüdülmüş versiyasını götürəcəklər. Oksigen raketin kimyəvi tərkibinin ayrılmaz hissəsidir.

 

Məlum olduğu kimi, Mars atmosferində karbon qazı 96 faiz, oksigen isə cəmi 0,13 faiz təşkil edir.

 

Müqayisə üçün qeyd edək ki, Yer atmosferində oksigenin miqdarı 21 faizdir.

 

Azərtac

 

 



23.04.2021 | 17:26