Çin Tibb Universitetindən ATU tələbələri üçün onlayn dərslər

Azərbaycan Tibb Universitetinin (ATU) müalicə-profilaktika, hərbi tibb və İctimai səhiyyə fakültələrindən 89 tələbə 2020-2021-ci tədris ilinin yaz semestrində Çin Tibb Universitetinin təşkil etdiyi onlayn dərslərə qoşulub.

 

Tələbələr ingilis dilində tədris olunan üç fənn - “Cərrahiyyə”, “Diaqnostika” və “Ənənəvi Çin tibbi-akupunkturası” üzrə dərslərdə iştirak ediblər. Kursun sonunda müvafiq imtahandan keçdikdən sonra ATU tələbələri rəsmi sertifikatlarla təltif olunublar.

 

Universitetdən bildirilib ki, bu dərslərin təşkili ATU-nun üzvü olduğu “Bir kəmər - bir yol” Beynəlxalq Tibb Təhsili Alyansı (BRIMEA) çərçivəsində əməkdaşlıq sayəsində baş tutub.



29.04.2021 | 17:39