Sağlamlıq imkanları məhdud şagirdlərin əl işlərindən ibarət sərgi

Bakı şəhəri Xətai rayonu 55 nömrəli tam orta məktəb sağlamlıq imkanları məhdud istedadlı şagirdlərin əl işlərindən ibarət “Virtual sərgi” təşkil edib. Sərginin keçirilməsində məqsəd xususi qayğıya ehtiyacı olan uşaqlarda yaşamaq həvəsini, gələcəyə ümid, özlərinə inam hissini, müstəqil qərar vermək imkanını yaratmaq, həyat üçün zəruri olan bilik, bacarıq və vədişlər aşılamaqdan ibarətdir.

 

Qeyd edək ki, 55 nömrəli tam orta məktəbdə sağlamlıq imkanları məhdud olan 74 şagird təhsil alır. Məktəb Təhsil Nazirliyinin keçirdiyi II qrant müsabiqəsində “Sağlamlıq imkanları məhdud şagirdlərin istedadının üzə çıxarılması və peşə təhsilinə yönləndirilməsi” mövzusunda qalib olub.

 

Layihə çərçivəsində istedadı ilə fərqlənən şagirdlər - Ağaxəlil Yunusov, Ulduz Cabarlı, Səfər Məhərrəmli, Fatimə Cabarlı, Camal Qarayev, Muhamməd Quliyev, Əli İskəndərli seçilib və layihə müddəti başa çatdıqdan sonra da onlarla inkişafetdirici işlər aparılıb. Bu şagirdlər respublika və beynəlxalq uşaq sərgilərinin iştirakçısı olaraq fəxri fərman və diplomlara layiq görülüblər.  Ulduz Cabarlı Milli Aviasiya Akademiyasının rəhbərliyi tərəfindənTürkiyənin İstanbul şəhərinə səyahətə göndərilib.

 

“Virtual sərgi” istedadlı şagirdləri tanıtmaq üçün Bakı məktəblərinin Facebook səhifəsində paylaşılıb.

 

Rəşad ZİYADOV

 

 

 



30.04.2021 | 16:20