MDU-da Tələbə Elmi Cəmiyyətinin XI elmi-praktik konfransı

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) XI elmi-praktik konfransı keçirilib.

 

Konfransda MDU-nun pedaqoji, mühəndislik, iqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov universitetdə təhsil alan tələbə və magistrantların elmi fəaliyyətə aktiv cəlb edilməsində TEC-in rolundan bəhs edib, son dövrdə ali məktəbdə tələbə gənclərin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Rektor elmi-praktiki konfransın əhəmiyyətini və davamlı olaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib. Onların aktuallığı ilə seçilən mövzulardakı çıxışları böyük maraqla qarşılanıb.

 



30.04.2021 | 17:02