AzTU-da yeni strukturlar

Azərbaycan Texniki Universitetində (AzTU) tədris prosesinin və elmi-tədqiqatların keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərə uyğun olaraq, Elmi Şuranın növbəti iclasında Nəşriyyat və Mətbəə struktur vahidlərinin ləğv edilməsi barədə qərar qəbul olunub.

 

Həmçinin AzTU-nun strukturunda yaradılan tədqiqat institutları arasında koordinasiyanın təmin edilməsi, layihələrin idarə olunması, elmi nəşr və mətbəə işinin təşkili üçün Elmi nəşr və Koordinasiya Mərkəzinin yaradılması qərara alınıb.

 

Bundan başqa, AzTU-nun icra strukturları arasında koordinasiyanın təmin edilməsi, onların işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi məqsədi ilə AzTU Katiblik yaradılıb. Katibliyin işinin yüksək peşəkarlıq səviyyəsində təşkil olunması üçün xarici mütəxəssislər cəlb edilərək treninqlərin keçirilməsi nəzərdə tutulub.

 

Bu barədə AzTU-dan bildirilib.

 



06.05.2021 | 10:17