Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “Təhsil” kuboku keçiriləcək

8-9 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan 64-xanalı dama üzrə beynəlxalq onlayn “Təhsil” kuboku turniri təşkil ediləcək.

 

Turnir Təhsil Nazirliyinin və Azərbaycan Dama Federasiyasının dəstəyi, Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

 

11 turdan ibarət və www.playok.com internet portalı üzərindən keçiriləcək yarışda dünyanın müxtəlif ölkələrindən 17 yaşadək damaçılar iştirak edəcək.

 

Beynəlxalq turnirdə ilk 5 yerə layiq görülmüş damaçılar pul mükafatı və diplomla mükafatlandırılacaqlar.

 

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, pandemiya dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə damaçıların oyun təcrübələrinin artırılmasından ibarətdir. 

 

 



07.05.2021 | 18:07