Əcnəbi tələbələr üçün “Qarabağ Azərbaycandır” adlı konsert təşkil olunub

Naxçıvan Dövlət Universitetində 28 May Respublika Günü ilə əlaqədar “Qarabağ Azərbaycandır” adlı konsert təşkil edilib.

 

Konsert Xarici tələbələrlə iş üzrə dekanlığın hazırlıq kursu tələbələrinin iştirakı ilə keçirilib. Türkiyəli tələbələr türk xalq mahnıları ilə yanaşı, Azərbaycan xalq mahnıları da ifa ediblər. Nigeriyalı tələbə Joseph Okpamenin Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa etməsi tədbir iştirakçılarında xoş ovqat yaradıb. Tələbələr konsertin sonunda “Qarabağ Azərbaycandır” şüarı ilə mahnı ifa ediblər.

 

Universitetin rektoru Elbrus İsayev əcnəbi tələbələrin gözəl təşəbbüslərini təqdir edib. Bildirib ki, muxtar respublikada təhsil alan tələbələr yüksək dövlət qayğısı ilə əhatə olunur və onlar universitetin ictimai-mədəni işlərində fəallıq nümayiş etdirirlər.

 

Sonda  tələbələrə universitetin sertifikatı təqdim olunub.

 

 



27.05.2021 | 12:28