Mingəçevir Dövlət Universitetinin tələbələri vaksinasiya prosesində

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri ali təhsil ocağı rəhbərinin çağırışına qoşularaq, könüllü şəkildə vaksinasiya prosesində aktiv iştirak edib və birinci doza peyvənd olunublar.  

 

Universitetdən bildirilib ki, MDU-da ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşlar mərhələli şəkildə vaksinasiya prosesində iştirak ediblər. Sağlamlıqlarına, ölkəmizdə olan sanitar-epidemioloji vəziyyətə həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən MDU kollektivinin 90 faizindən çoxu artıq vaksinasiyadan keçib.

 

Hazırda bu prosesdə tələbələrin aktiv iştirak etməsi üçün hər bir fakültənin dekan və müəllimləri tərəfindən təbliğat işləri aparılır.

 

 



28.05.2021 | 16:29