Lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu yekunlaşır

İyulun 27-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatır. Müraciətlər bu gün saat 16:00-dək qəbul edilir. Müraciət üçün müvafiq linkə daxil ola bilərsiniz: https://cutt.ly/bm7oBje. Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.

 

Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək. 

 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

 

 



27.07.2021 | 11:22