UFAZ-a qəbul üçün qeydiyyat başlayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2021/2022-ci tədris ili üçün bakalavr pilləsinə qeydiyyat prosesinə start verilib.

 

Ali məktəbdən bildirilib ki, UFAZ-a qəbul olmaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda 1-ci ixtisas qrupu üzrə minimum 500 bal toplamalıdırlar. Qeydiyyat avqust ayının 15-ə kimi davam edəcək.

 

Qeydiyyatdan keçmək üçün abituriyentlər https://admission.ufaz.az/az/ portalına daxil olub lazımi məlumatları doldurmalıdırlar.

 

UFAZ-a daxili qəbul imtahanı avqust ayının 18-də baş tutacaq.

 

Qeyd edək ki, UFAZ 4 ixtisas üzrə (kompüter elmləri, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, geofizika və gelogoiya mühəndisliyi) bakalavr , 3 ixtisas üzrə magistr (fiziki kimya və kimya mühəndisliyi, yer elmləri və big data və süni zəka) proqramları təklif edir.

 

Bu il 5 yaşını qeyd edən UFAZ-da hər il 160  bakalavr üçün yer ayrılır. Onlardan 120 yer dövlət sifarişlidir.

 

UFAZ məzunları təhsillərini başa vurduqda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə yanaşı, Fransanın Strasburq və Renn 1 universitetlərinin də diplomlarını alır.

 

 



28.07.2021 | 16:12