BANM-in 6 məzunu DAAD təqaüd proqramının qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) 6 məzunu Almaniyanın DAAD təqaüd proqramının qalibi olub.

 

Təhsil ocağından bildirilib ki, yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 400-ə yaxın azərbaycanlı müraciət edib.

 

Onların arasından təqaüdə layiq görülmüş 26 nəfərdən 6-sı məhz BANM məzunudur və onlar  mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.

 

 



29.07.2021 | 11:28