Müasir tipli tədris otağı yeni tədris ilindən tələbələrin ixtiyarında olacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Erasmus proqramı çərçivəsində Magnus layihəsi əsasında müasir tipli tədris otağı açılıb. Layihə əsasında otaq əsaslı təmir olunub, müasir texniki avadanlıqlar və kompüter sistemi ilə təchiz edilib.

 

Universitetdən bildirilib ki, burada mobil tətbiqlərin hazırlanması və oyun dizaynı ixtisaslaşmaları üzrə təhsil alan magistrlər dərs alacaqlar. Bu ixtisas universitetdə yenidir və tədris ingilis dilindədir. Artıq yeni tədris ilindən yeni tədris otağı tələbələrin ixtiyarında olacaq.

 

 



29.07.2021 | 18:00