84 min nəfərin səsverməsində qalib olan AzMİU tələbələri

British Council şirkətinin 2021-ci ilin genişmiqyaslı “Creative Spark Big Idea Challange-2021 (CSBIC-2021) yarışmasının 5-18 iyul tarixlərində keçirilən səsverməsinin nəticələri elan olunub. Müsabiqədə Azərbaycan da daxil olmaqla, yeddi ölkə iştirak edib və səsvermə onlayn keçirilib.  

         

Müsabiqənin finalçılarından olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  İnnovativ Biznes İnkubator mərkəzinin üzvləri Gülnarə Mirzəyeva və Elnur Məmmədov yarışmada yer tutublar.

         

“Rəqəmsal texnologiya”  kateqoriyası üzrə finala çıxan AzMİU-nun tikinti-iqtisad fakültəsinin tələbəsi G.Mirzəyevanın “TechnoHealth” startap layihəsi Azərbaycan üzrə ölkə səsverməsində çempion olub.

        

“Yaradıcı” kateqoriyası üzrə yarışa qatılan digər finalçı  E.Məmmədovun  “Stork” startap layihəsi də həmin kateqoriyada 1-ci yerə layiq görülüb.

         

Qeyd edək ki,  “Creative Spark” proqramı 2018-ci ildə yaradılıb. Həmin ildən proqram minlərlə tələbə, məzun və sahibkara innovativ biznes ideyaları ilə yenilik gətirməsinə dəstək göstərib. Bu il  Azərbaycandan olan 12 gənc təşəbbüskar qrupu #mycreativespark #BigIdeaChallenge  2021 üçün yarışır. Həmin gənclər 600-dən çox komandanın iştirak etdiyi və 84.000 nəfərin səs verdiyi yarışmada seçiliblər. 

 

 



30.07.2021 | 15:21