"Zəfər” düşərgəsinin bağlanış mərasimi keçirilib

İyulun 30-da Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba STEAM Mərkəzində keçirilən “Zəfər” düşərgəsinin bağlanış mərasimi baş tutub.

 

Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiyasının (AGMA) rəhbəri Rüfət Əsədzadə və  "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirakçıların düşərgə çərçivəsində faydalı biliklərə yiyələndiklərini vurğulayıblar və onlara uğurlar arzulayıblar. 

 

Daha sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub. 

 

Mərasimdə Bakı Dövlət Sirkinin bədii heyəti uşaqlar üçün əyləncəli proqramla çıxış ediblər. 

 

Mərasim konsert proqramı ilə davam etdirilib. 

 

Qeyd edək ki, iyulun 25-dən start verilən “Zəfər” düşərgəsinə 74 şəhid övladı qatılıb. İştirakçılar bu müddət ərzində STEAM Mərkəzində faydalı və müasir biliklərə yiyələnərək əyləncəli vaxt keçiriblər. 

 

 



30.07.2021 | 20:18