ADAU-EGE Universiteti arasında ikili diplom proqramı

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə 2021-2022-ci tədris ilində bakalavriat səviyyəsində dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edilir. Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra edilir. Tələbə qəbulu aqronomluq, bitki mühafizəsi, aqromühəndislik və iqtisadiyyat ixtisasları üzrə elan edilib.
 

Hər bir ixtisas üzrə illik qəbul planı 30 tələbədir. 4 illik proqramın ilk 3 il Gəncədə ADAU-da, son 1 ili isə İzmirdə Ege Universitetində tədris olunacaq. Tələbələrə ADAU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün türk dili dərsləri keçiriləcək.
 

Tələbələrin qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılır.

 

 



20.08.2021 | 10:00