NDU müəllimlərinin elmi məqaləsi yüksək impaktfaktorlu jurnalda

Naxçıvan Dövlət Universiteti (NDU) Elektronika və İnformasiya texnologiyaları  kafedrasının professoru Cavanşir Zeynalov, həmin kafedranın müəllimi Rüstəm Məmmədov və  Nəqliyyat və texniki fənlər kafedrasının müdiri Məftun Əliyevin “Qeyri-səlis xətti proqramlaşdırma məsələsi və onun həllinə neyron şəbəkələrin tətbiqi” adlı elmi məqalələri Rusiyanın nüfuzlu “Eurasian Union of Scientists” jurnalında çap olunub.

 

Məqalədə iqtisadiyyatın optimal planlaşdırılması məsələsi haqda məlumat verilir. Bildirilir ki, qeyri-səlis ədədlər fəzasında qeyri-səlis xətti proqramlaşdırma kimi formalaşan məsələnin həlli ümumi bir xətti proqramlaşdırma halına gətirilib və həll etmək üçün neyron şəbəkə qurulub. Qeyd olunur ki, xətti proqramlaşdırma problemi sadələşdirilmiş riyazi modeldir və burada istifadə olunan parametrlər qeyri-müəyyəndir. Məsələn, məhsul növünün mənfəti və istehsal həcmi qeyri-müəyyəndir. Həmçinin, məqalədə o da bildirilir ki, qeyri-səlis sistemlər üçün xətti proqramlaşdırma probleminin formalaşması xüsusi maraq doğurur.

 

Məlumat üçün onu da bildirək ki, jurnal 9 adda beynəlxalq elmi indeksləşmə bazalarına, o cümlədən Global İmpact Factor elmi indeksləşmə bazasına daxildir.



07.09.2021 | 17:20