Masallı, Şəmkir və İmişlidə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 17-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad, Yardımlı, Astara, Lerik rayon və Lənkəran şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Konfransda Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Institutun direktor müavini Ülkər Babayeva, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.    

 

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

 

Konfransı giriş nitqi ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov konfransın işinə uğurlar arzulayıb.

 

Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib, sonda təhsil işçilərinə uğurlar arzulayıb.

 

Tədbir Vətən müharibəsi iştirakçısı olan Masallı şəhər 6 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Cəmaləddin Məmmədov və Sığıncaq  kənd tam orta məktəbinin gənc müəllimi Elmira Şirinovanın çıxışları ilə davam edib.

 

Konfransda Təhsil İnstitutunun direktor müavini Ülkər Babayevanın “Təhsil sahəsində yeni innovasiyalar” barədə çıxışı dinlənilib.  

 

Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

 

***

Sentyabrın 17-də Şəmkir rayonunda təhsil işçilərinin sentyabr konfransları keçirilib.

 

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Daşkəsən rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva, Şəmkir rayon İcra Hakimiyyətinin Rəşad Tağıyev, Təhsil İnstitutunun nümayəndəsi Könül Nəhmətova, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.  

 

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Konfransı giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin Rəşad Tağıyev konfransın işinə uğurlar arzulayıb və təhsilin inkişafı ilə bağlı tövsiyələrini bildirib.

 

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin  müdir müavini İlhamə Abdullayeva konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. 

 

Təhsil İnstitutun nümayəndəsi Könül Nəhmətova “Müəlim peşəkarlığının davamlı şəkildə dəstəklənməsi” mövzusunda çıxış edib.

 

Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.

 

***

Sentyabrın 17-də İmişli rayon Heydər Əliyev Mərkəzində İmişli, Sabirabad, Saatlı və Beylaqan rayonlarının təhsil işçilərinin  sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Nəzakət Mehdiyeva, bölgələrin təhsil şöbələrinin müdirləri və əməkdaşları, məktəb rəhbərləri iştirak ediblər.

 

Konfrans Dövlət Himni səsləndirilməsi ilə başlayıb.

 

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabtla çıxış edib, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Konfransda iştirak edən bölgələrin ötən tədris ili üzrə fəaliyyətləri geniş təhlil edilib, məktəb idarəetməsinin prioritetləri barədə danışılıb, yeni dərs ilində qarşıda duran vəzifələrdən bəhs olunub.

 

Sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Nəzakət Mehdiyeva ümumtəhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması və digər məsələlər barədə çıxış edib. 

 

Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Məzrəli kənd tam orta məktəbin tarix müəllimi Asim Nərimanovun və Hacalmuradlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülgün Rzayevanın çıxışı ilə davam edib.

 

Konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

 

 



17.09.2021 | 16:50