“Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.

 

“Sərhəd” hərbi-idman oyunları Təhsil NazirliyiDövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir. Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.

 

Oyunların nəticələrinə əsasən, I yeri Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası, II yeri Qusar rayonu Zeyxur kənd tam orta məktəbin “Zeyxur” komandası, III yeri isə Beyləqan rayonu Araz qəsəbəsi 1 nömrəli tam orta məktəbin “Araz” komandası tutub.

 

Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.

 

 



09.07.2018 | 14:33