AzMİU professorunun Almaniyada monoqrafiyası çap olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Nəzəri mexanika” kafedrasının professoru, texnika elmləri doktoru Sabir Quliyevin Almaniyada monoqrafiyası çap olunub. Lambert akademik nəşriyyatında çap olunan kitab  “Mürəkkəb həndəsəyə malik konturların konform inikas funksiyaları” adlanır.

 

Kitabda kompleks ədədlər, kompleks dəyişən funksiyalar və konform inikas funksiyalar haqqında əsas məlumatlar şərh olunur. Monoqrafiyaya, həmçinin elm aləmində ilk dəfə professor Sabir Quliyev tərəfindən tapılan bir çox konform-inikas funksiyaları da daxil edilib. Kitabın son bölməsində konform inikas funksiyalar üzəində aparılan bir çox riyazi əməllər verilib (vurma, bölmə, qüvvətə yüksəltmə və s.).

 

Kitab ali məktəb tələbələri, aspirantlar, həmçinin, elmi və mühəndis-texniki işçilər üçün nəzərdə tutulub.  

 



28.02.2018 | 17:30