Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Türkiyədə beynəlxalq müsabiqənin qalibi olublar

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Türkiyədə beynəlxalq müsabiqənin qalibi olublar.

 

“Kaspi ART” incəsənət və bədii təhsil şirkətinin təşkilatçılığı ilə online şəkildə müxtəlif nominasiyalar üzrə keçirilən “Caspi Art İnternet Musik&Danse Turkey” müsabiqəsinə müxtəlif ölkələrdən yeniyetmə və gənclər qatılıb. Müsabiqənin nəticələrinə görə, Xırdalan şəhər musiqi məktəbinin şagirdləri  Nuray Mehdiyeva, Nuranə Salmanova (III sinif) fortepiano-müşayiət nominasiyasında (müəllim İradə Məmmədova) I dərəcəli diploma, Bağır Babayev (VIII sinif) tar solo üzrə (müəllim Mübariz Paşayev) II dərəcəli diploma, Aysu Yəhyayeva (I sinif) violin solo üzrə (müəllim Esmira Mədətova) diploma layiq görülərək müsabiqənin laureatı adını qazanıblar.

                                                 

Sifai  SƏFƏROVA

 



10.07.2018 | 12:29