MDU Ukraynada keçirilən beynəlxalq konfransda fəal təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) Kiyev Milli İqtisadiyyat Universitetində (KNEU) keçirilən "Ukraynada marketinq təhsili" mövzusunda 5-ci beynəlxalq elmi-praktiki konfransda təmsil olunub. Ukrayna, Serbiya, Albaniya, Qırğızıstanın tanınmış ali təhsil müəssiələrinin qatıldığı konfransda MDU-dan rektor Şahin Bayramov və bir qrup akademik heyət üzvləri iştirak ediblər.

 

Zoom platforması üzərindən onlayn formatda təşkil edilən konfransın plenar iclasında giriş sözü ilə çıxış edən MDU-nun rektoru Ş.Bayramov mövzunun aktuallığından və son dövrdə KNEU ilə uğurla reallaşdırılan əməkdaşlıq əlaqələrindən danışıb. Konfransda MDU-nun fəal təmsil olunmasını sözügedən əməkdaşlığın bariz nümunələrindən biri kimi dəyərləndirən Ş.Bayramov tərəfdaş universitetdə təşkil olunan beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

 

Konfransda MDU əməkdaşları məruzələrlə çıxış ediblər.

 

Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb və verilən suallar ətraflı cavablandırılıb.

 

 



11.10.2021 | 12:30