“Zəfər” vətənpərvərlik klubları

Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi”nin qalibi olmuş “Biləsuvar rayonunun məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi” layihəsinin təqdimatı keçirilib.

 

Təhsil şöbəsindən   verilən məlumata görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Təhsil Nazirliyinin əməkdaşları, layihə rəhbəri və müəllimlər iştirak ediblər.

 

Tədbirdə layihə rəhbəri Nazim Sadıqov rayonun ümumtəhsil məktəblərində “Zəfər” vətənpərvərlik klublarının yaradılmasından danışıb. Bu klublarda mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkil olunacağı və şagirdlərə vətənpərvərlik hisslərinin aşılanacağı bildirilib.

 

10 nəfərdən ibarət işçi qrupunun yaradıldığını deyən N.Sadıqov məktəblərdə layihə ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılacağını qeyd edib.

 

Bildirilib ki, rayonun 34 məktəbi üzrə 34 klub rəhbəri və 272 şagird vahid formada və formatda yürüşdə iştirak edəcək. Yanvarın 17-dək davam edəcək layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən  dəstəklənir.

 

Şakir CƏFƏROV

 

 



17.10.2021 | 11:32