Azərbaycanlı şagirdlər Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edəcək

15-22 iyul 2018-ci il tarixlərində İranın paytaxtı Tehran şəhərində 29-cu Beynəlxalq Biologiya Olimpiadası (IBO 2018) keçiriləcək. Ölkəmizi bu olimpiadada 4 nəfər şagird təmsil edəcək.

 

Dünyanın 70 ölkəsindən 280 məktəblinin iştirakı gözlənilən IBO 2018-də şagirdlər nəzəri və praktiki turlardan ibarət olan iki turda yarışacaqlar.

 

Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz bu günədək 3 qızıl, 6 gümüş və 11 bürünc olmaqla, ümumilikdə 20 medal qazanıblar.

 

Beynəlxalq Biologiya Olimpiadası ilk dəfə 1990-cı ildə Çexiyada (Çexoslovakiya) 6 ölkədən olan 22 məktəblinin iştirakı ilə keçirilib.

 



11.07.2018 | 17:01