Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorluğu, fakültə dekanları, kafedra müdirləri, ictimai və tələbə təşkilatlarının nümayəndələri, tələbələr  II Fəxri Xiyabanda olublar.

 

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova və ali məktəbin kollektivi Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi önündə öz ehtiramlarını bildiriblər. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzüb, yaxınlarına səbr diləyiblər.

 

Ziyarət zamanı universitet kollektivi Vətən müharibəsində şəhid olan, II Fəxri Xiyabanda dəfn edilən AzMİU-nun tələbə və məzunlarının da məzarlarını ziyarət edib, üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

 



22.10.2021 | 18:53