Təhsil naziri Naxçıvanın ali təhsil müəssisələrində olub

Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. 


Əvvəlcə Naxçıvan Dövlət Universitetində yaradılmış şəraitlə tanış olan nümayəndə heyəti universitetin memarlıq və mühəndislik, təbiətşünaslıq və kənd təsərrüfatı, eləcə də pedaqoji fakültələri üzrə auditoriyalarında olub. Tələbələrin startap layihələri ilə tanışlıqdan sonra beynəlxalq münasibətlər və hüquq fakültəsinin kriminalistika laboratoriyasında dərsdənkənar məşğələlərin gedişatı izlənilib.


Həmçinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında kamera orkestrinin ifası dinlənilib. 

 

Daha sonra universitetin kollektivi ilə görüş keçirilib. Görüşdə ali təhsil müəssisəsinin fəaliyyəti, kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib.

 

Sonda təhsil naziri Emin Əmrullayevə universitetin hədiyyəsi təqdim olunub.

 

Səfər çərçivəsində Naxçıvan Müəllimlər İnstitutu ilə də tanışlıq olub.

 

 



27.10.2021 | 19:15