AzTU Türkiyənin İstanbul Universiteti ilə əməkdaşlığa başlayıb

Türkiyənin İstanbul Universitetinin rektoru Mahmud Ak Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransında iştirak edib.  

 

AzTU-nun rektoru Vilayət Vəliyevlə İstanbul Universitetinin rektoru Mahmut Akın görüşündə hər iki ali təhsil müəssisəsinin nümayəndələri də iştirak edib. Görüş zamanı iki universitet arasında əməkdaşlığın perspektivləri və imzalanacaq protokolun nəticələri barədə fikir mübadiləsi aparılıb. Daha sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq protokolu imzalanıb.

 

Protokola əsasən, tərəflər tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları və birgə tədqiqat işlərinin həyata keçirilməsi, akademik və elmi sahələrdə tədrisdənkənar fəaliyyətlərin təşkili istiqamətində əməkdaşlıq edəcək.

 



25.11.2021 | 11:45