Daha bir paytaxt məktəblisinin idman uğuru

Bakı məktəblisi Monteneqroda keçirilən kikboksinq üzrə Avropa çempionatında qalib gəlib.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 49 nömrəli məktəb-liseyin XI sinif şagirdi Nihad Tağızadə 51 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb.

 

N.Tağızadə bu qələbəsinə görə diplom, qızıl medal və kuboka layiq görülüb.

 

Qeyd edək ki, bu, Bakı məktəblisinin ilk uğuru deyil. O, kikboksinq üzrə 2019-cu ildə Macarıstanda keçirilən Avropa çempionatında II, Rusiyada isə I yeri tutaraq dünya kubokunun sahibi olub.

 



25.11.2021 | 14:00