Bakı məktəblisindən nümunəvi addım

Bakı şəhərindəki 13 nömrəli tam orta məktəbin şagirdi Yunis Quliyev qış tətilini torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndində keçirib.

 

Yunis səfər zamanı Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olub, oradakı məktəblilərlə görüşüb vəLələtəpəni ziyarət edib.

 

O, həmçinin, Cocuq Mərcanlıya səfəri barədə maraqlı bir videoçarx hazırlayaraq  sosial şəbəkələrdə yerləşdirib.

Yunis missiyasını Cocuq Mərcanlya səfər etməklə yekunlaşdırmayıb. O, Xocalı faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı videoçarx hazırlayıb. Məktəbli bu materialı rus və ingilis dillərinə də tərcümə etməyi planlaşdırır.

 

Məktəblinin Cocuq Mərcanlı kəndinə, Lələtəpəyə ziyarəti haqqında təəssüratları, kənd sakinləri və məktəblilərlə görüşü barədə ATV-nin hazırladığı sujeti təqdim edirik.

 



01.03.2018 | 15:00