Sumqayıt Dövlət Universitetində “Sözün gücü-Nizami dühası” adlı kitab sərgisi

Sumqayıt Dövlət Universitetində (SDU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Sözün gücü-Nizami dühası” adlı kitab sərgisi təşkil olunub.

 

Sərgi SDU-nun Elmi kitabxanasının və Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın  birgə təşkilatçılığı ilə baş tutub.

 

Sərgidə Nizami Gəncəvinin həyat və yaradıcılığını, onun Azərbaycan, ümumilikdə Yaxın Şərq xalqları mədəniyyətini əks etdirən, bədii, ictimai  fikir tarixində yeni bir səhifə açmış əsərləri, ədibin  məşhur “Xəmsə”sinə daxil edilən poemalar və Nizami haqqında yazılmış əsərlər, həmçinin ali məktəbin  Elmi Şurasının qərarı ilə çap olunan “Eşq və idrak şairi” adlı məqalələr toplusu,  filologiya fakültəsinin müəllimi Afaq Qəniyevanın  “Nizami Gəncəvinin musiqi dünyası adlı kitablar yer alıb.

 

Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 



08.12.2021 | 18:15