“Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının play-off mərhələsinin nəticələri

“Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının play-off mərhələsi yekunlaşıb. Play-off mərhələsində 16 ali və orta ixtisas təhsili müəssisəsinin komandası  mübarizə aparıb. 

 

Oyunların nəticələrinə əsasən, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti  və Ağdam Dövlət Sosial-İqtisad Kolleci 1/4 mərhələyə vəsiqə qazanıb. 


Yarışlara dekabrın 24-də yekun vurulacaq.


Qeyd edək ki, futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.


Çempionatın keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə və gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsidir.  Həmçinin tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır. 
 



14.12.2021 | 14:45